Vaxtilə, Qafqaz Xəbər Agentliyi olaraq "Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin əməlləri barədəyazmışıq. Beləki 10 mart 2012-ci il tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs edilən bankirihimayədarları az vaxtda həbsxanadan qurtardılar: Bakı Ağır Cinayətlər Məhkəməsi tibbi ekspertizanın rəyini nəzərə alaraq Etibar Əliyevin səhhəti ilə bağlı məhkəmə prosesində iştirak etməməsi barədə qərar çıxardı və həbsdən azad etdi.

Təsəvvür edirsiniz, bəlkə də dünya hüquq tarixində belə president olmayıb. Milyonları mənimsəyən şəxsi məhkəmədən azad edirlər.
Həmin vaxt Etibar Əliyev qazandıqlarının (əslində xalqdan oğurladıqlarının) hamısını bir gecənin içində oğluKəramətin adına keçirdi. Ki, birdən vəziyyət başqa cür olar. Bu boyda "humanist”liyə baxmayaraq ata və oğulun bu ölkəyə, bu ölkənin insanlarına olan münasibəti dəyişmir. 

Əllərindən gələn bütün pisliyi etməyə hazırdırlar. Bəli, bu ata-bala öz pisliklərini davam etdirirlər. Onlara məxsus "Babək Plaza”nı icarəyə verib milyonlar qazansalar da müştəriləri hər vəchlə incidirlər. Kəramət Əliyev ANT qrupunun rəhbəri Azad İbrahimovun qardaşı oğlu Fərid İbrahimovu "Babək Plaza”ya direktor təyin edərək, onun vasitəsilə müştərilərə qan uddurur. Müştərilər az qala Fərid İbrahimovun əlindən zara gəliblər. Məlumat üçün qeyd edək ki, vaxtı ilə Etibar Əliyev "Texnikabank”ın Müşahidə Şurasının sədri olarkən, oğul Karamət Əliyev "Babək Plaza”ya sahib olub.

Əslində müflis olan ata-oğul Əliyevlər üçün "Babək Plaza” son sığınacaq yeridir. Bizə daxil olan məlumata görə, vaxtilə Etibar Əliyev öz vəzifəsindən istifadə edərək ANT qrupunun rəhbəri Azad İbrahimova kredit xəttləri ayırıb və elə o vaxtdan onların arasında şəxsi münasibət yaranıb. İndi isə Azad İbrahimovun qardaşı oğlu Fərid İbrahimov "Babək Plaza”nın icraçı direktor vəzifəsində işləyir. Kasıb müəllim ailəsində böyüyən Fərid İbrahimovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu barədə növbəti sayımızda bəhs edəcəyik.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300