Vəli Musa Afrində şəhid oldu
Azad Suriya Ordusunun tərkibindəki Semerkat korpusunun komandanı Vəli Musa "Zeytun budağı” əməliyyatının 49-cu günündə Afrində şəhid olub.
Axar.az xəbər verir ki, cəsarəti ilə seçilən Musa YPG ilə şiddətli atışmada həyatını itirib.
Qeyd edək ki, Türk ordusu ilə ASO-nun ardıcıl qələbələr əldə etməsi qarşı tərəfi hər vasitəyə əl atmağa sövq edir.