Ərdoğan: "Onların məqsədi İslamı parçalayıb zəiflətməkdir”

 

"Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur. Biz dində islahat aparmırıq. Bu bizim ixtiyarımızda və gücümüz daxilində olan məsələ deyil”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.

O qeyd edib ki, Əl-Qaidə, İŞİD, Boko Haram kimi terror qruplar İslamı təhrif edirlər: "Bəziləri sosial şəbəkələrdə mənə qarşı çıxışlar edirlər. Heç kimin İslamı təhrif etməyə haqqı yoxdur. Siz bu fəqiri (özünü nəzərdə tutur) qorxuda bilməzsiniz. Mən İslamın haqqı olanı deyirəm. Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir".

R.T.Ərdoğan Türkiyədə dini təhsilin vəziyyətinə də toxunub: "Türkiyədə dini təhsilin və tədrisin sağlam təməl üzərində qurulmasına böyük ehtiyac var. Nazirliyimiz Diyanət İşləri Vəqfi dini təhsil sahəsində vaxtilə meydanı FETÖ kimi alçaqlara vermişdi. Bizə bundan yaxşı dərs ola bilərmi? FETÖ-nün ölkəmiz əleyhinə yönələn xain təcrübəsi bu sahədə yeni qayda-qanun yaratmaq baxımdan çox əhəmiyətlidir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300