Müsavat AKM üzvləri AŞPA qarşısında aksiya keçirdi-FOTOLAR
Dünən Müsavat AKM(Avropam koordinasiya Mərkəzi)Fransa Koordinatorluğunun üzvləri və Fransanın Laval şəhərində yaşayan KXCP üzvü olan mühacirlər Strasburqda AŞPA-nın qarşısında aksiya keçirib.
Müsavat AKM Fransa Koordinatorluğunun Mətbuat Xidmətindən "Basta”ya verilən məlumata görə, aksiya iştirakçılarının məqsədi şərlənərək həbs olunan Müsavat Partiyası Şirvan Şəhər təşkilatının sədri Əlikram Xurşudov və onun timsalında bütün siyasi məhbuslara azadlıq tələbi olub.