İşdən qovulan müsavatçı aktyor təhdid edildi"Mingəçevir Dövlət Teatrının aktyoruyam, müsavatçı olduğum üçün işimdən qovulmuşam”.

Bu sözləri İbrahim Salamov "Basta”ya ünvanladığı şikayət məktubunda ayazıb. Aktyor onun sifarişlə teatrdan uzaqlaşdırıldığını bildirir. Özünün xəbəri olmadan əmrinin verildiyi ücün məhkəməyə müraciət edib.

"Teatrın direktoru Səxavet Məmmədov baş verənləri mədəniyyət nazirinin müavini Ədalət Vəliyevin adı ilə bağlayır, ixtisar olunmağımı nazir müavinin tapşırığı olduğunu iddia edir, – Salamov bildirir. Şikayətçi direktorun onu təhdid etdiyini də bildirib: "Hətta Səxavət Məmmədov deyir ki,  "söykəndiyim adamlar var, icra hakimi də, müavinlər də arxamda durub,  əgər sən bu məhkəməni udsan, bu işə qayıtsan , qulağının arxasını görərsən, sən bura qayıtsan, mən direktorluqdan gedərəm”.

Salamovun sözlərinə görə, teatrda baş verənlər haqqında yazılarına görə onu sosial şəbəkələrdə hədələməyə başlayıblar.  Məsələni diqqətdə saxlayacayıq.

Könül Alı, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300