Doğum evi müdirinin tikdirdiyi villa -
Bir çox sahələrdə olduğu kimi səhiyyə sistemi də problemlərin ağuşunda boğulur. Bu gün ölkənin bütün xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır. Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Belə tibb ocaqlarından biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsidir.

Bu barədə rekdaksiyamıza maraqlı məlumat daxil olub. 10 ilə yaxındır ki, şöbənin müdiri vəzifəsini tutan Leyla Ağalarovanın sərvətənin sayı-hesabı bilinmir. Bütün bunları isə doğum evinin imkanları hesabına əldə edib. Hətta bu yaxınlarda Leyla Ağalarovanın mənzilindən 70 min manat dəyərində qızıl-ziynət əşyaları oğurlanıb.

Məlumat verən mənbə iddia edir ki, Leyla Ağalarova qanunsuz abortlardan böyük pullar qazanır. Bildirilir ki, doğum şöbəsində həkimlərin səhlənkarlığı səbəbindən ana və uşaq ölümlərinin sayı hər ötən il bir az da atırr.

Leyla Ağalarova doğum şöbəsindən qazandığı milyonlar hesabına Beyləqanda özünə villa tikdirib. Həmin villanın fotolarını təqdim edirik.

Qeyd edək ki, Leyla Ağalarova təkcə Beyləqanda özünə villa tikdirməyib. Onun Bakıda da bir neçə villasının olduğu bildirilir.

Qaynar.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300