Türk ordusu PKK-nın 5 illik qadağasını qırdı- FOTO
Türkiyə Silahlı Qüvvələri və ASO tərəfindən azad edilən Afrinin Şiran bölgəsindəki Nəbi Huri türbəsi ziyarətə açılıb.
Türbəni ziyarət edən vətəndaşlar PKK-nın buranı ziyarət etməyi qadağan etdiyini xatırladıb:
"5 il idi ki, bu türbəni ziyarət etmək PKK tərəfindən qadağan edilmişdi. Türkiyə ordusunun zəfərindən sonra rahat şəkildə buraya gəlib-gedirik”.
Qeyd edək ki, Şiran bölgəsi fevralın 18-də PKK-dan azad edilib.