Yazıçı ilə jurnalist arasında İsa Qəmbər
İki qələminə hörmət etdiyim şəxs Azərbaycan reallıqların gündəmə gətirdi.Şərif Ağayar və Sevil Nuriyeva.Bu iki imza bizə çox şey deyir.Sevil Nuriyeva zamanında ölkəmizdə fəaliyyət göstərərkən milli zəmində ,vətənpərvərliyə həsr olunmuş mövzuları yadımızdadır.Mövzu başqa olsa belə təbirincə elə ona,millətə maraqlı mövzulara toxunardı.Amma bu gün telekanalların məqsədi ,fəaliyyəti açıq-aydın bəllidir.Əvvəlcə hər iki şəxsin tirajlanan yazıların yenidən qeyd edək ki,oxucularımdan kimsə məlumatsız olmasın:
Şərif Ağayar-"Bir dəfə (ili unutmuşam) mitinq olmalı idi, yağış yağdı, çox zəif şəkildə alındı aksiya. Axşam baxdım, bıy, İsa Qəmbər ANS-in "Nəzər Nöqtəsi”nin qonağıdır. Açığı, düşündüm ki, bu, ağıllı adamdır, mitinq də fakt alınmayıb, efirə nəyə çıxıb? Nə deyəcək? 
 
Sevil Nuriyevanı nağıllardakı kimi altdan geyindirib üstdən qıfılladıb hücuma hazırlamışdılar. Əlində, yalan olmasın, on-on beş qələmi nizə kimi tutmuşdu. Az qalırdı, qonaq bir yana, tamaşaçıların gözünü çıxarsın.
 
Aparıcı ilə qonaq arasında belə bir dialoq oldu:
 
- İsa bəy, etiraf edin ki, mitinq baş tutmadı.
- Bəli, hava şəraitinə görə, istədiyimiz kimi alınmadı.
- Bu o demək deyilmi ki, müxalifətin sosial dayaqları zəifdi?
- Sevil xanım, xahiş edirəm, mitinqdə səslənən şüarları təkrar edin.
- İsa bəy...
- Xahiş ediərm...
- İsa bəy, bilirsiniz...
- Xahiş edirəm...
- Çörək! Qarabağ! Azadlıq!
- Sizcə, bunu istəməyən azərbaycanlı var?
- Yox.
- Deməli, bütün xalq bizimlədir, mitinqə gəlib-gəlməmək o qədər də vacib deyil.
 
Və anladım ki, baş tutmayan aksiya ANS-də baş tutdu...”
 
Sevil Nuriyeva- "Uzun illər sonra "Nəzər Nöqtəsi”nə və ismimə müraciət etmənizdən dolayı təşəkkür edirəm. Qələmimin sizin gözünüzə girdiyi üçün üzgünəm. Mənim etdiklərimin zərrəsini etməyən kişilərin cəsarətini ayaqda alqışlayıram. Bu arada çalışdığınız saytda İsa bəylə müsahibə niyə yayınlamırsınız? İsa bəy çox maraqlı müsahibdir. Sizi talayıb ordan sizə maaş verənlərinizə mənim etdiyimi edin, görəlim cəsarətin nə olduğunu. Bu statusu bəyənənlərin arasındakı dostlarımın da gözlərinin qələmimlə deşildiyini bu gün anlamış oldum. Ən azı bunun üçün faydalı status oldu”. 

Hər iki ziyalının gündəmə gətirdiyi:Çörək-Azadlıq-Qarabağ.

Uzun illərdir ki,Sevil Nuriyeva teleməkanımızdan ayrılıb ,amma telekanallarımız öz axarı ilə davam edir.Dəyişən isə indi İsa Qəmbərin verlişə dəvət olunması bir arzuya çevrilib.İsa Qəmbər haqqında verliş hazırlanası olsa belə oda qara yaxmalar olacaq.Hal-hazırda biliyinə,savadına ,şəxsinə hörmət etdiyim,jurnalistika sahəsində peşəkar İlhamiyə Rza Sevil Nuriyevanın aparıcısı olduğu verlişi aparır.İndi tam olaraq İlhamiyə xanım o verlişi gördüyü,istədiyi "temp" də apara bilirmi?Bəlkə tamaşaçılardan da çox ölkədə seçki mühitinin olmamasın, seçkidə namizəd kimi iştirak etmiş,əlində seçkinin saxtakarlığına dair sənədlər,müşahidəçilərin,həyat yoldaşı tədqiqatçı-yazar Həmid bəyi polis bölməsinə aparmışdılar.Bu mənim yadımda qalan.Amma İlhamiyyə xanım bütün bunları yaşayıb,indi açıq-aşkar deyə bilərmi?.Əlbəttə ki yox.Bu gün televizaya kanallarında çox hörmət etdiyim dostlarımız,müəllilmlərim çalışır.Neynəməli mövcud reallıq budur ki,qatıq qaradır.

Şərif Ağayar xalqın maariflənməsi üçün yazır,müsahibə hazırlayır.Kitab nəşr edir,elə o kitablarla dolana bilsəydi,daha dərin mövzulara baş vurar və xalqın maariflənməsi üçün daha çox çalışardı.Bu gün hansısa saytlarda çalışmazdı,tam özün yaradıcılığa həsr edərdi.Elə bilirsiz,hazırladığı reportajlar hamsı ürəyincədi,mən inanmıram.Onsuzda bu gün yazarlarımız əksəriyyəti qəzet və saytlardadı.Xalqa çatdırmaq istədikləri isə sətir altı mənalarla.Lap 37-ci illərdə ki kimi.Qəzet və saytlarımız istədiyimiz xəbərləri çatdıra bilirmi?ya tərif,ya tənqid yolun  seçənlər.Tənqid yolun seçənlərdə iki qismə bölünür,mənsub olduğu partiyanı birinci kimi sırımaq,ikinci isə həftənin əvvəlində tənqid etdiyin, şənbə günü tərifləyən.
Şərif bəy saytların "qalmaqallı status" kimi tirajladığı yazının müəllifi kimi  bu dəfə açıq-aşkar xalqa vəziyyətin nə yerdə olmasın çatdırdı.ÇÖRƏK-AZADLIQ-QARABAĞ.

İsa bəy,başqa demoktarik qüvvlər bu gündə mitinq keçirir.Yenədə 500-1000-2000 nəfər insan iştirak edir.Yenədə Çörək-Azadlıq-Qarabağ şüarı ilə.Ötən həftələrdə,elə bu gündə bəzi iri müəssisə,bazarlarda davam edən qiymət artımından gileyli insanımız aksiya keçirir.manatın ikinci dəfə devalvasiyaya uğraması nəticəsində bəzi işbazlar bazar qanunları ilə deyil,öz arzularında olan villaları,helokepterləri bir ayda almaq xülyasına düşdülər.Əksər məhsulları bu və ya digər səbəbdən 60-70 faiz artırıldı. Müxtəlif rayonlarımızda buna dur deyən 50-100-500 nəfərlik etiraz aksiyaları keçirildi. Amma bu bahalaşma ölkə əhalisinin hər birinə təsir etmişdi.Bələkdə olan uşağın pampersidə qalxdı,yaşlı təqaudçünün dava -dərmanıda.

Şərif bəy o vaxtı ki baş tutmayan aksiyanın ANS- də baş tutmasını qeyd edib.Bəli Mitinqə gələ bilməyənlər telekanal vasitəsilə bir daha vəziyyətin nə yedə olduğun bilmişdilər.

Bu gün ölkənin demokratikləşməsi,insan -hüquq və azadlıqlarının bərpa olunması üçün sən iqtidar, mən müxalifət mövqeyi ilə heç nəyə nail olmayacağıq.Xalqın intibahın düşünən şəxslər əl-ələ verib çıxış yolun axtarmalıdır.Çıxış yolu kimi sırf iqtidarı nəzərdə tutanların nəzərinə çatdırmaq yaxşı olar-140 dollar neftin bareli olanda nəsə edə bilməmişiksə,indi 30 dolar civarında dəyişən neftə ümid olmayın.Hansı ki,o 30 dollarda büdcənin mövcud xərclərinə sərf olunur.qeyri-neft sektorunun inkişaf etdirilməsindən danışılır.Ötən il Kənd Təsərrüfaı ili idi.Ölkə əhalisinin həyatında nə dəyişdi?!Yenədə manapoliya kəndlinin məhsulun elə əkin sahəsində çürütdü.Ya da elə vəzifəsindən süni istifadə edib,əkinlə məşğul olanlara su verilmədi.Belə misalları artırmaq olar.Gələk mövzuya.ÇÖRƏK davasına.Çörəyin,unun qiymətinin aşağı salınması ilə bağlı telekanallar-radio,qəzet və saytlarımız durmadan yazıb,manşetə qoydular.Hansı ki,qiymət artımından əvvəl 17-18 manat arasında dəyişən 50kq -lıq unun kisəsin işbazlar 35 manat etmişdilər.Regionlarda qiymət artımı ilə bağlı keçirilən aksiyalardan sonra 25 manata endirildi.İndi özüm -özümə hesablama aparıram.25-18=7 Əgər unun qiyməti düşübsə, bəs 7 manat necə oldu?!Həmin 7 manat üçün səhərdən axşama qədər çalışana vətəndaşımız vare.Elə insanımız var ki,heç onuda qazana bilmir.Maraqlı məqamlardan biri isə 50 kq-lıq kisəni 45 kq ediblər.
Biz adətən ağıl dərsi keçməyə,nə isə vurğulayıb özümüz kənarda durub,kimlərinlə bizim problemlərimizi həll edəcəyin sadəlövhcəsinə gözləyər,umarıq.Fərd olaraq mənim mövcud durumdan çıxmaq üçün yazım olacaq.Bir iki cümlə ilə toxunum.125 dairə üzrə ən azı 5 namizəd mübarizə aparırdı.Namizədlərdə tanıdığı,münasib bildiyi dairələr üzrə namizdəliyin  vermişdi.725 ali savadlı,millətə vəkillik etmək istəyi olan insandan söz gedirsə,hərə öz namizədi olduğu dairə üzrə platformasında iri hərflərlə xalqın nicatı kimi yazdıqların gündəmə gətirsin.Bələdiyyələrdə iki nəfər sədr və müavin çalışır.Qalan 7 nəfər qalır kənarda.Axı onlarda namizədliyin vermişdiki seçiləcəyi bələdiyyə üzrə xidmət göstərsin.daha geniş yazımı təqdim edəcəm.İndi gələk mövzumuza Çörək-Azadlıq-Qarabağ.

Bu gün insanımız bir tikə halal ÇÖRƏKinin davasın edir.Konstitusiyamızın tapdandığı üçün AZADLIQ hayqırır.Qarabağla bağlı isə erməni saytları yazır ki,ermənistanda ailə quran gənclərə işğal olunmuş torpaqlardan pay verirlər ki,həmin torpaqlar onların marağında olsun.QARABAĞ bizim əzəli torpağımızdır,amma gəlin özümüzü aldatmayaq ki,bu haqq mübarizəsində məğlub tərəfik. Bütün mübarizə əzmini sırf düşmənə hər yönümlü qalib gəlməyə hesablayaq.

Mirzə Cəlil və dövrünün maarifçiləri hansı əziyyətlərlə xalqın savadlanması,xurafatdan oyanmasına çalışırdı."Molla Nəsrəddin"i dərc etmək heç də rahat başa gəmirdi.İndi gəl onu Azərbaycan ərazisində bərabər payla.Amma bu gün çox rahat şəkildə qəzet çap etmək olur,saytlar,radiolar,televiziya kanalları.Nəticə isə elə Mirzə Cəlilin dövründə olduğu geri düşüncələr.İnformasiya ötürücülərinə maraqlı kiminsə telefonundan oğurlanan şəkilləri,kiminsə keçmiş arvadının evliik proqramına çıxması,və s.bıabırçılıqları misal çəkmək olar.Bəzən saytlarda ən çox oxunan qrafikə baxıram.Elə ən çox oxunanlar siyahısında Hafiz Hacıyevlə Aygünün mübahisəsi idi.
Bax,yazanda bizik,onu rekord dərəcə oxuyanda.

Oğlunda,qızında sənin haqlıdır,
Şüarı çörəkdir,azad,Qarabağdır.
 
Saday FƏRƏCOV
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300