"Əl Qaidə" Burkino-Fasodakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

 

"Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin Malidəki bölməsi Burkino-Fasoda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə TASS "Reuters"ə istinadən məlumat yayıb.

Qeyd edək ki, martın 2-də terrorçu qrupları Burkino-Fasonun Hərbi Qüvvələrinin Baş Qərargahının, Fransa səfirliyinin və Fransa Mədəniyyət Mərkəzinin binasına hücum ediblər. Hakimiyyət orqanlarının məlumatına görə, hücum zamanı öldürülənlərin sayı 7-30 arasında dəyişir.

Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı səfirliyin heç bir işçisi xəsarət almayıb. Lakin terrorçular binaya soxulmağa cəhd göstərərkən diplomatik nümayəndəliyi mühafizə edən yerli jandarmlardan birini öldürüblər.

Burkino-Fasonun prezidenti Rok Mark Kristian Kabore öz növbəsində ölkə vətəndaşları terrorçuluqla uğurlu mübarizə aparmaq üçün güc strukturlarının əməkdaşları ilə sıx əməkdaşlıq etməyə çağırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300