YPG darmadağın edilir- Bu yüksəklik də azad edildi
Afrinin qərbində Raco bölgəsini terrorçulardan təmizləyən Türkiyə Silahlı Qüvvələri şərq cəbhəsində də irəliləməyə davam edib.Türkiyə mediası xəbər verir ki, strateji əhəmiyyətli Bafilyun dağı terrorçulardan təmizlənib.
YPG Cinderes cəbhəsində də mövqe itirib. Türk qırıcılarının aviazərbələrinin ardından ərazidəki Ramadiyə və Hamilək kəndləri də azad edilib.
Qeyd edək ki, bir qədər əvvəl türk ordusunun Raco bölgəsini terrorçulardan təmizlədiyi bildirilmişdi. (axar.az)