Müsavat seçkilərə hazırlaşırFevralın 2-də Müsavat Partiyasının Sədrlər Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə,  Mərkəzi İcra Aparatının sədri Gülaga Aslanlının sədrliyi ilə keçirilən iclasda qərarların icra vəziyyəti müzakirə olunub və rayon təşkilatları sədrlərinə yeni tapşırıqlar verilib.

İclasda çıxış edən Gülaga Aslanlı ölkədə yaranmış durumla əlaqədar bu il parlament, yaxud prezident seçkilərinin keçirilməsinin istisna olmadığını deyib. Gülağa Aslanlı Müsavatın yerli strukturlarının seçkilərə hazır vəziyyətə gətirilməsini tövsiyyə edib.

İclasda həmçinin Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü ilə bağlı Novxanıda keçirilən son mitinqində müsavatçıların fəal iştirakı təqdir olunub, həmin tədbirdə aparılan monitorinqin nəticələri dinlənilib.

MSDM-in təşəbbüsü ilə fevralın 6-da saat 15:00-da partiyanın qərargahında keçiriləcək Dəyirmi Masada müsavatçıların fəal iştirakı tövsiyyə olunub. İclasda yeni üzvlərin qəbulu, üzvlük haqlarının toplanması və digər təşkilati məsələrlə bağlı məlumatlar dinlənilib.

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300