İranda genişmiqyaslı fəhlə etirazları: Azərbaycanlılar da küçələrə çıxdı

 

İranın bir sıra əyalətlərində, o cümlədən Mərkəzi Azərbaycan və Loristan bölgələrində işçilər əmək haqlarının gecikdirilməsinə etiraz olaraq tətilə, habelə küçə aksiyalarına başlayıb.

Virtualaz.org İLHA agentliyinin məlumatlarına istinadən bildirir ki, ən irimiqyaslı aksiya ötən gün Ahvaz əyalətində keçirilib. "Ahvaz Polad” şirkətinin təxminən 5 minə yaxın işçisi yerli valiliyin qarşısına toplaşaraq əmək haqlarının 3 aydır gecikdirilməsinə etiraz ediblər.

Ahvaz Valiliyinin rəsmisi Gulamrza Şəriəti bildirib ki, şirkətlərin Ahvazda və bir neçə başqa əyalətdə fəaliyyət göstərən metallurgiya şirkətlərində işçilərin əmək haqlarını gecikdirməsi məsələsini Daxili İşlər Nazirliyi araşdırır. Valilik bildirib ki, məsələnin həlli üçün nazirlik işçi təmsilçiləri ilə toplantı keçirməyə hazırlaşır.


 

Xəbərlərə görə iranlıların Novruz bayramına hazırlaşdıqları bir vaxtda əmək haqlarının aylardır gecikdirilməsi işçilər arasında kütləvi narazılıqlara səbəb olur. Yaranmış vəziyyətlə bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi özünün internet səhifəsindən bəyanatla çıxış edərək ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı işçi hərəkatlarının miqyasının genişlənə biləcəyi haqda xəbərdarlıq edib. Dini lider ölkəsinin "daxildən və xaricdən fövqəladə təzyiqlərə məruz qaldığını” bildirərək bütün tərəfləri dialoq çağırıb.


 

Bundan əvvəl Xameneyi dini liderlər qarşısında çıxışı zamanı üstüörtülü şəkildə sahibkarların əmək haqlarının vaxtında ödənilməsi məsələsinə həssas yanaşmalı olduğunu bildirmişdi.

Xatırladaq ki, ötən il dekabrın sonlarında İranı güclü etiraz aksiyaları bürüyüb, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda onlarla nümayişçi öldürülüb. Minlərlə etirazçı həbs olunub. Bu aksiyalar yanvarın ortalarından səngisə də ara-sıra yenə də ölkənin müxtəlif bölgələrində etirazlar baş qaldırır. Narazılığın əsas səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300