Fransanın Afrin yalanı: Türkiyə açıqladı

 

Fransa mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makronun telefon söhbəti zamanı Afrin məsələsi haqqında fikirlərini təhrif ediblər.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Ağsoy jurnalistlərə açıqlamasında bildirib.

Fransa prezidentinin ofisindən yayılan bəyanatda Türkiyə prezidenti ilə telefon söhbəti zamanı Makronun Suriyadakı insanların, xüsusilə Afrin sakinlərinin vəziyyətinə dair fikirlər səsləndirildiyi qeyd olunub.

Türkiyə sözçüsü isə bu bəyanatın əksinə, çıxışında Fransa liderinin söhbət zamanı BMT Təhlükəsizlik Şurasının 2401 saylı qərarından bəhs edərkən Afrini qeyd etmədiyini dilə gətirib.

"Bu isə olduqca ciddi məsələdir. Prezidentlər arasında dünən baş tutan telefon danışıqlarında Fransa tərəfinin açıqlaması dürüst deyil. Həqiqətləri təhrif ediblər. Telefon danışıqlarının qeydiyyatı olduğu təqdirdə ictimaiyyətə yalan məlumat vermək düzgün deyil. Biz də buna öz münasibətimizi bildirdik", - deyə Hami Ağsoy əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300