Ölümcül viruslarla işləyən amerikalı xəstələndi və sirli şəkildə itdi

 

ABŞ-ın Atlant şəhər polisi xəstəliklərin nəzarəti və profilaktikası mərkəzinin 2 həftə öncə yoxa çıxan əməkdaşını axtarır. Bu haqda "CBS News” xəbər verib. Polisin məlumatına görə, 35 yaşlı Timoti Cerrel Kanninqemi sonuncu dəfə 12 fevralda görüblər.

 

Həmin gün o, özünü pis hiss etdiyi üçün yerli xəstəxanaya zəng edib. İtmiş şəxsin ailəsi onun evində özünə məxsus olan maşın, açarlar, kredit kartlar, pulqabı, telefon və itinin olduğunu aşkarlayıb. İtmiş amerikanın bacısı isə deyib ki, özünü dəhşət dolu serialın qəhrəmanı kimi hiss edir. Polis amerikalı gənc barədə istənilən informasiyanı verənə 10 min dollar mükafat təklif edir.

 

"Nyu-York Tayms” qəzetinin məlumatına görə, Kanninqem ölümcül viruslar Ebola və Zikanın müalicəsi zamanı yaranan səpkilərin araşdırılması üçün elmi qrupun üzvü idi. Artıq sosial şəbəkələrdə ölümcül virusla işləyən gəncin sirli yoxa çıxmasının təsadüfi olmadığı ilə bağlı versiyalar səslənir. Güman edilir ki, Kanninqem məhz bu virusdan dünyasını dəyişib.//musavat.com


 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300