Bir aydan artıqdır ki, sevimli şair Saday Şəkərli həbsdədir. Vergilər Nazirliyinin yüksək kalibrli əməkdaşının sifarişli şər-şəbədəsi əsasında onun barəsində qondarma cinayət işi açılıb. Şairin azad olunması ilə bağlı KİV səhifələrində, eləcə də ictimai rəydə hallanan çoxlu sayda müraciətlərə, xahiş-minnətlərə, arzu və istəklərə baxmayaraq, Vergilər naziri hörmətli Fazil Məmmədov indiyəcən bu məsələyə heç bir reaksiya verməyibdi. Qeyd edək ki, Rusiyanın əlliyə qədər dünya şöhrətli qələm sahibi və incəsənət xadimləri də S.Şəkərlinin azad olunması xahişi ilə Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlayıblar.
Məsələyə qanunun aliliyini əsas tutaraq, qərəzsiz və ədalətlə baxılması üçün, biz də öz tərəfimizdən "Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi” yaratmaq qərarına gəldik.Və bir neçə saatın içində məlum oldu ki, dəyərli şairin hüquqlarını qorumaq istəyənlərin sayı-hesabı yoxdur. Müdafiə Komitəsinə ilk üzv olanların siyahısını diqqətinizə çatdırırıq:
1. Eldəniz Quliyev – kinodramaturq.
2. Zöhrab Əmirxanlı – publisist.
3. Rüstəm Behrudi – şair.
4. Sabir Rüstəmxanlı – Xalq şairi.
5. Ramiz Qusarçaylı – şair.
6. Yaşar Məmmədli – BDU-nun professoru.
7. Cəmil Həsənli – Tarixçı professor.
8. Səadət Cahangir – şairə.
9. Sevinc Məmmədova – şairə.
10. Zümrüd Yağmur – yazıçı.
11. Rafiq Manafov – politoloq.
12. Zakir Məmməd – tənqidçi, şair.
13. Mehdibəy Səfərov – ictimai xadim.
14. Xəlil Adıgözəlov – şair.
15. Araz Səməd – şair.
16. Nurəddin Muğanli – yazıçı.
17. Şahinə Könül – şairə.
18. Mübariz Məsimoğlu – şair.
19. Rasət Pirisoyu – yazıçı, şair.
20. İlqar Hüseynli – yazar.
21. Elşən Qəniyev – jurnalist.
22. Şəhriyar İbrahimov – şair.
23. Rəşidə Allahverdiyeva – şairə.
24. Əlisəmid Kür -şair.
25. Nəriman Zeynalzadə -şair
P.S. Dostlar, siyahı açıqdır və MK-nin içində iştirak etmək istəyənlər Zöhrab Əmirxanlıya müraciət edə bilərlər. Gəlin,: ” Şükür, güllə məndən yan keçdi…” kimi zərərli şakərimizi kənara qoyaq və heç olmasa bircə dəfə əsil monolit BİRLİK nümayiş etdirək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300