"El Klasiko”nun tarixi açıqlanıb

 

Əzəli rəqiblər "Barselona” ilə "Real” arasında İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək oyunun tarixi açıqlanıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, "El Klasiko” çempionatın XXXVI turuna təsadüf edəcək.

Komandaların mövsümün sonuna 3 tur qalmış üz-üzə gələcəkləri görüş mayın 6-da baş tutacaq. "Nou Kamp” stadionundakı oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək. Komandalar arasında "Santyaqo Bernabeu”dakı ilk dövrə matçında "Barselona” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, La Liqada 25 turdan sonra "Barselona” 65 xalla turnir cədvəlinə başçılıq edirsə, aktivində 51 xal olan "Real” 3-cü pillədə qərarlaşır.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300