Mixail Saakaşvilinin həyat yoldaşı Bakıya gəldi

 

Bu gün Bakıda 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Elizabet Rulofsun Azərbaycan dilində tərcümə edilən "Bir idealistin hekayəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitabda xanım Sandra Elizabet Rulofs öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs edir.

Rulofs kitabda özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və çalışmaları barəsində geniş məlumat verib.

Keçmiş birinci xanımın "Bir idealistin hekayəsi” kitabı indiyə qədər 7 dilə tərcümə olunaraq Hollandiya, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İngiltərə və Polşada nəşr edilib.

Qeyd edək ki, bu gün Bakıda keçirilən təqdimat mərasimində Sandra Rulofsun özü də iştirak edib. (azvision.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300