Daha bir vəkil "Trampın axırının çatdığını"deyir

 

Britaniya mətbuatı ABŞ prezidenti Donald Tramp və Rusiya sövdələşməsi mövzusunu yenə diqqətdə saxlayıb.

"The Independent" yazır ki, ABŞ-da prezident Niksonun hakimiyyətinə son qoymuş Watergate qalmaqalı zamanı onun vəkili olmuş qocaman hüquqşünas Trampın prezidentliyi üçün çox böyük təhlükənin yarandığını deyib.

1970-ci ilin iyulundan 1973-cü ilin aprelinədək Riçard Niksonun vəkili olmuş 79 yaşlı Con Din o vaxt təkcə bir ittiham üzrə günahını etiraf edərək müttəhimdən şahidə çevrilə bilmişdi.

İndi isə Dean deyir ki, Rick Gates-in təqsirini boynuna alması Trump-ın prezidentlik taleyində həlledici rol oynaya bilər.

"Prokuror Müller Trampın kampaniya başçısı olmuş Manaforta qarşı əlindən nə gəlirsə, edir. O, indi Manafortu, Qeytsdən istifadə edərək bitirmək istəyir. Getdikcə daha çox görünür ki, Manafort Rusiya ilə sövdələşmədə əsas zəncirdir" - Din Tvitterdə yazıb.

"Əgər Qeyts Manafort-un Trump-ın göstərişləri ilə hərəkət etdiyini desə, bu, Trampın prezidentliyinin sonu olacaq. Bu, çox tutarlı dəlil olardı" -qocaman hüquqşünas yazıb.

Trampın seçki kampaniyası meneceri Pol Manafortun müavini olmuş 45 yaşlı Rik Qeyts ötən həftə prokuror Müllerin apardığı təhqiqatın gedişində təqsirini boynuna alıb. Müller Trampla Rusiya arasında mümkün sövdələşməni araşdırır.

Qeyts özünə qarşı ittihamlardan ikisi üzrə təqsirini etiraf edib. Bunlardan biri Amerikaya qarşı qəsd və ikincisi isə Federal Təhqiqatlar Bürosuna yalan məlumat verilməsinə dair ittihamdır.

Beləliklə, Qeyts təqsirin etiraf edilməsinə dair sazişi imzalayaraq, təhqiqatla "tam, həqiqi və səmimi" əməkdaşlığa razılıq verib.

İndi belə söhbətlər dolaşır ki, Qeyts Manafortun mühakiməsində ona qarşı əsas şahid kimi çıxış edəcək.

Din başqa bir tvitində yazır ki, Trampın Manafort-u əfv edəcəyinə dair söhbətlər məhz buna görə narahatlıq doğurmuşdu.

Lakin hüquqşünas yazır ki, Tramp Manafortu əfv etmək səlahiyyətlərinə malik deyil.

"Beləliklə Manafort-a mat elan edilə bilər" -Din yazıb.

Manafort çirkli pullrın yuyulması və qəsd barədə bir çox ittihamlar üzrə təqsirini boynuna almır (BBC).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300