Ermənilər atəşkəsi 116 dəfə pozublar
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin
mətbuat xidməti məlumat yayıb.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və
adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli,
Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində
və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan
ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd,
Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan
ordusunun mövqeləri atəşə tutulub.