Türkiyə Silahlı Qüvvələrindən Xocalı paylaşımı:"Unutmadıq, unutdurmayacağıq"
Türkiyə Silahlı Qüvvələrinin (SQ) rəsmi "Twitter" hesabı Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Qaynarinfoxəbər verir ki, paylaşımda bu sözlər qeyd edilib:
"20-ci əsrdə insanlığın ən böyük cinayətlərindən biri olan Xocalını unutmadıq, unutdurmayacağıq.
1992-ci il fevralın 26-da ermənilər tərəfindən öldürülən azərbaycanlı qardaşlarımızı hörmət və mərhəmətlə anırıq.