"Azercell”in internet xidmətinin "Hədsiz” tarif paketi müştərilərin hüquqlarını kobud şəkildə pozur və onların borclanmasına səbəb olur.

Bunu virtualaz.org saytına tanınmış vəkil Ceyhun Yusifov deyib.

"Belə ki, inə görə, tarif üzrə verilən internet paketi bitdikdən sonra istehlakçının məlumatı olmadan başqa qiymətə keçid alınır və nəticədə, istifadə olunan internetə görə on dəfələrlə çox məbləğ istehlakçının balansından çıxılır. Halbuki, xidmət paketi başa çatdıqdan sonra xidmət dayandırılmalı və giriş qadağan olunmalıdır. Yaxud bununla bağlı istehlakçıya məlumat verilməlidir”, - deyə vəkil bildirib.

Ceyhun Yusifov deyir ki, "Hədsiz tarifi”ndə istehlakçının iradə ifadəsi olsa da, tarif bitdikdən sonra dəfələrlə baha olan tarifə keçərkən istehlakçının iradə ifadəsi nəzərə alınmır. Bununla da, istehlakçı aldadılır: 

"İstehlakçı "Hədsiz” tarifindən istifadə etdiyini düşünərək internetə girir və nəticədə, balansından ağlasığmaz məbləğlər çıxılır. Lakin göründüyü kimi, "Azercell” şirkəti bunu bilərəkdən edərək, öz abunəçilərinə əhəmiyyətli şəkildə maddi ziyan vurur. Halbuki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən, istehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. 

İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, "Azercell” şirkəti istehlakçılaın hüquqlarını kobud şəkildə pozmaqla öz abunəçilərinə maddi zərər vurur”.

Vəkil istehlakçılardan "Hədsiz” tarifi ilə bağlı ehtiyatlı olmağı məsləhət görüb. Vəkil Ceyhun Yusifov bununla bağlı istehlakçıların hüquqlarını qoruyan müvafiq dövlət orqanlarına müraciət etdiyini bildirib. Bundan başqa, bu və bu kimi tariflərdən istifadə zamanı aldadılmış onlarla istehlakçı ilə birlikdə məhkəməyə müraciət edib pozulmuş hüquqlarını bərpa etməyə və bundan sonra digər istehlakçıların aldadılmasının qarşısını almağa çalışacağını bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300