Azərbaycan XİN-dən Niderland parlamentinin "erməni soyqırımı”nı tanıması ilə bağlı açıqlama

 

"Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik. Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil".

Bu sözləri Azərbaycan XIN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, bildirib ki, Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma "erməni soyqırımı”nın tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir:"Çünki I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırım törədilib. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğal nəticəsində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayət əməlləri və soyqırım aktları törədilib, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə bir milyondan artıq Azərbaycanlı qanlı etnik təmizləməyə məruz qoyulub. Bunların içərisində ən dəhşətlisi isə 1992-ci ilin 26 fevral tarixində Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin şəxsən iştirakı və komandanlığı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı soyqırımıdır. Niderland Krallığı Nümayəndələr Palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edirik".

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300