Teyyub Qurban vəfat etdi

 

Tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib.

 

Yaxınlarının məlumatına görə, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.

 

Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954-1959).

 

Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər (1958-1961). Bakı Pioner və Məktəblilər Sarayının ədəbi yaradıcılıq dərnəyinin rəhbəri olmuş (1958-1976), yaxsşı işinə görə ÜİLKGİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir.

 

ADU-nun jurnalistika kafedrasının aspirantı olmuş (1961-1963), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş (1963-1976), orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir (1976-cı ildən), həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir (1976-1992).

 

Azərbaycan Yazıçılar Birliyi "Oğuz eli” assosiasiyasının işlər müdiri (1992), Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini (1992-1993), Bakı və Kəndlər Birliyi Mətbuat xidmətinin rəhbəri olmuşdur (1994-1996). Hazırda fərdi yaradıcılıqla məşğuldur (1996-cı ildən). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır.

 

Onun "Koreyalı döyüşçüyə” adlı ilk şeri 1950-ci ildə "Pioner” jurnalının 12-ci sayında çıxmışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Şerləri ayrı-ayrı xalqların dilində çap olunmuşdur.

 

T.Qurban "Mənim gəncliyim”, "Dostluğun gücü”, "Unudulmayan”, "Yanğı”, "El yolu”, "Gözəllik yarışı”, "Ömrün gənclik yazı”, "Dönməzlik”, "Sara”, "Məcra”, "Düşmənlərindən güclü şəxsiyyət”, "Müqəddəs məkanda Qüdsümüz vardır” və s. kitablarının müəllifidir.

 

Onun Hacı ZeynalabdinTağıyevə həsr etdiyi "Yaşayan ömür” pyesi Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulmuşdur (1993). M.Ə.Rəsulzadənin həyatından bəhs edən "Dönməzlik”povesti "Bakının səsi” qəzetinin 1994-cü il may-sentyabr saylarında dərc olunmuşdur. "Yaşıl rəngin işığı” (2002) kitabını tərtib etmişdir. Medlla təltif edilmişdir.

 

Teyyub Qurban Müsavat Partiyasının üzvü idi.

 

bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300