kebuterhaq

Tanınmış azərbaycanlı jurnalist Kəbutər Haqverdiyev Türkiyə radiosunda veriliş aparacaq.

Jurnalist "Yeşil Karadeniz” radiosunda "Azərbaycan saatı” proqramını aparmaq üçün dəvət alıb. Proqram Azərbaycan mədəniyyətinin Türk dünyasında daha yaxından tanıdılması üçün fəaliyyət göstərir.

K.Haqverdiyev məlumatı AzNews.az-a təsdiqləyib. Bildirib ki, fevral ayı radioda "Xocalı ayı” elan olunub. Məhz bu səbəbdən sözügedən verilişə dəvət alıb və ay ərzində radio vasitəsilə Xocalı həqiqətləri dünyaya çatdırılacaq.

Qeyd edək ki, K.Haqverdiyev "Qar qan rəngiydi o gecə”, "Cənnətdən sürgün” kitablarının müəllifi və eyni zamanda "hocalihaber.com” xəbər saytının rəhbəridir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300