Azərbaycanda narkomanların sayı açıqlandı

 

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25.489 nəfər, 2011-ci ildə 26.716 nəfər, 2012-ci ildə 27.910 nəfər, 2013-cü ildə isə 28.376, 2014-cü ildə 28.656, 2015-ci ildə isə 28.555, 2016-cı ildə 29.448, 2017-ci ildə 30.131 nəfər olub.

Yalnız 2017-ci ildə 2.115 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2.017 nəfər, 2016-cı ildə 2.142 nəfər olub.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5 (2016-cı ildə 5), 18-24 yaşlı 1.566 (2016-cı ildə 1.447), 25-29 yaşlı 4.225 (2016-cı 4.076), 30-34 yaşlı 4.463 (2016-cı 4.239), 35-39 yaşlı 4.657 (2016-cı 4.542), 40-44 yaşlı 3.707 (2016-cı 3.670), 45-49 yaşlı 3.408 (2016-cı 3.313), 50-54 yaşlı 2.891 (2016-cı 2.818), 55-59 yaşlı 2.275 (2016-cı 2.266), 60-64 yaşlı 1.875 (2016-cı 1.931), 65 yaşdan yuxarı isə 1.062 (2016-cı 1.142) nəfər narkotik istifadəçisi var.

Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) qeydiyyata alınmayıb.

Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotikləri - tiryək, heroin və kokosdan istifadə edirlər.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev də Trend-ə bildirib ki, Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən - tiryək və heroindən zəhərlənənlər olur. Mütəxəssisin sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların (2016 nəfər) 2,8 faizi narkotik maddələrdən zəhərlənib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300