"Koroğlu” firması bazara üzərində heç bir tarix göstərilməyən məhsullar çıxarır-FOTOFAKT

 

"Koroğlu” MMC-nin mağazalara satışa verdiyi bəzi məhsulların üzərində istehsal və son istifadə tarixləri yoxdur.

Bu barədə AFN-in redaksiyasına məlumat və foto göndərən Cəfərov Azərin sözlərinə görə, bu cür məhsullarla hətta böyük marketlərin vitrinlərində də rastlaşmaq olur: "Üzərində istehsal və son istifadə tarixləri olmayan məhsullara çox tez-tez rast gəlirik son vaxtlar. Marketdə maraqlandım ki, hansı firma verir bunu sizə dedilər "Koroğlu”. Məhsulun originallığını, keyfiyyətini sübut edən başlıca göstəricilərdən biri onun üzərində istehsal və istifadə tarixlərinin qeyd olunmasıdır. Belə çıxır ki, bu ərzaqların harada istehsal olunduğu da müəmmalıdır”.
Qeyd edək ki, oxucumuz bizə rast gəldiyi məhsulların fotosunu da göndərib. Aydın olur ki, uşaqlar üçün zefirli peçenya olan "Berna” və şokoladlı peçenye "Biskiato”nun üzərində istehsal və istifadə müddətinə aid heç bir tarix göstərilməyib.

Qeyd edək ki, "Koroğlu” MMC 1992-ci ildən Azərbaycanda yerli və xarici qənnadı məmulatlarının distributoru kimi fəaliyyətə başlayıb. Ölkə daxili bazarda uzun müddət davamlı fəaliyyət göstərən və eləcə də yerli və xarici istehsal məhsullarını paylayan "Koroğlu” MMC özünün rəsmi saytında da göstərildiyi kimi, bu gün regionda qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə ön sıralardadır. Firma tərəfindən satışı təşkil edilən məhsullar sırasına konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir.
Yəni göründüyü kimi, əsasən azyaşlıların istifadə etdiyi məhsulların dağıtımı ilə məşğul olan bir firmanın satış nöqtələrinə payladığı məhsulların mənşəyi haqda ciddi suallar meydana çıxıb. Təəssüf ki, "Koroğlu” MMC-yə etdiyimiz zəngə cavab verilmədi. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300