44444

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov əhalini ət alarkən diqqətli olmağa çağırıb. Ekspert bildirib ki, ölkədə mal, qoyun əti az istehsal olduğu üçün bəzi işbazlar xəstə, şikəst və ölmüş at leşini mal əti adı ilə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında ucuz qiymətə əhaliyə satırlar: "Elə ona görə də yarmarkalarda satılan ətin qiyməti ucuzdur. Təxmini hesablamalarımıza görə, hər ildə 1500 tondan çox at əti kasıb əhali tərəfindən istehlak olunur. Ət alarkən diqqətli olun!”.

Məlumat üçün deyək ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin son günlər mənşəyi məlum olmayan ətlərin satış məqsədilə paytaxta gətirldiyini sübut edən faktlarla çıxış etməsi xəbərdarlığın əbəs olmadığını deməyə əsas verir.

X96B9R1Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub HÜSEYNOV AİM.az-a söyləyib ki, bazarlarda ət satışında özbaşınalıq hökm sürür: "Neçə ildir ki, xüsusilə, Muğan bölgəsindən Bərdəyə qədər əhatə edən zonalarda leş yığan dəstə fəaliyyət göstərir. Həmin dəstə leşləri təşkil olunmuş şəkildə Gəncəyə, Bakıya, Sumqayıta daşıyıb, şadlıq saraylarına, kolbasa sexlərinə, dönərxanalara, restoranlara satır. Bizim təşkilatda həmin müəssisələrin siyahısı da var. Saatlıdan bir fermer rəsmi şəkildə Azad İstehlakçılar Birliyinə məktub göndərmişdi. Məktubda yazılır ki, fermerin bir inəyi xəstəlikdən ölüb. Onun leşini itlər yeyib xəstələnməsin deyə, uzaq bir dərəyə atıb. Fermer yazır ki, leş yığanlar murdar olmuş cəmdəyi gəlib aparıblar. Bizdən bunun qarşısının alınmasını xahiş edir. Əlimdə olan faktları toplayaraq, o zaman xüsusi xidmət orqanlarına müraciət etdim ki, leş yığanlar şəbəkəsi ifşa olunsun. Bakı Şəhər Baş Polis İdarəsindən bir polis mayoru gəldi ki, ancaq bizim təhlükəsizliyimizi qoruya bilər. Müraciətdə leş ətlərin 4-cü mikrorayonda yerləşən deposu barədə də məlumat vermişdik. Guya həmin depoda kimyəvi təmizlənmədən keçir. Həmin yerləri müəyyənləşdirib barəsində xüsusi orqanlara məlumat göndərdik”.

Təşkilat sədri vurğulayıb ki, onun müraciətinə yalnız Bakı Şəhər Baş Polis İdarəsi reaksiya verib: "Polis İdarəsindən dedilər ki, digər dövlət qurumlarının rəyi olmalıdır. Standartlaşma, Patentləşmə və Metereologiya üzrə Dövlət Komitəsinin, İqisadi İnkişaf Nazirliyinin yüksək çinli məmurları ilə görüşdüm. Bəlli oldu ki, onların bundan xəbəri var. Çox çalışsam da, bu məsələdə dövlət orqanlarının birgə fəaliyyətinə nail ola bilmədim. Müəyyənləşdirdiyim depolarda araşdırma aparılması üçün heç bir dövlət orqanı irəli keçmədi”.

Ekspert onu da əlavə edib ki, bunyavirus xəstəliyindən ölmüş heyvanların da leşləri bazarda satılır: "Leş ətlərin kolbasa sexlərinə, dönərxanalar, bir sıra şadlıq saraylarına gətirilməsi sözsüzdür. Həmin murdar ət satan adamların Bakıda şadlıq sarayları, bahalı avtomobilləri, villaları var. Bəzilərinin adları bizə məlumdur. Təəssüf ki, dölət orqanları bizim müraciətlərə diqqət yetirmirlər”.

Birlik sədri leş ətləri təzə ətlərdən seçməyin çətin olduğunu bildirib: "Bazarlarda qarışdırırlar. 5 kq təzə ət verəndə 2 kq-ni leş əti ilə qarışdırırlar. Səhər tezdən «Kolxoz» bazarına gedəndə cəmdəklərin üzərinə baytar möhürünün vurulduğunu görərik. Bizdə olan məlumata görə, həmin möhurlər ətsatanların özlərində var. Guya səhərə kimi baytarlar ekspertiza aparıb. Hamısı yalançı ekspertizadır. Baytarlar əhalinin inamını qazanmalıdır ki, vətəndaşlar onların möhürünə inansın”.

Orxan,

AİM.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300