Nazirliyin əməkdaşı Şüvəlan sakinlərinin torpağını mənimsədi (FOTOLAR)

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müaviniİbrahim Əliyevinhaqqında dələduzluq iddiası ilə bağlı redaksiyamıza şikayət daxil olub.

 

ŞikayətçilərQaynarinfo-ya müraciət edərək bildirib ki, İbrahim Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Bağlar" adlanan ərazidə onlara məxsus olan təqribən 4 sotluq torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hasarlayıb.

 

Şikayətdə qeyd olunur ki, İbrahim Əliyev həmin ərazidə torpaq sahəsi olan 4 nəfər vətəndaşın istifadə etdiyi yolu da bağlayıb:

 

"İbrahim Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizə təzyiq göstərir. Bizdən xəbərsiz torpaq sahələrimizi hasarladıb. Həmin ərazininin qonşuluğunda İbrahim Əliyevin 22 sotluq torpaq sahəsində tikilmiş 2 mərtəbəli dəbdəbəli villası var. İndi bizim torpaqları da öz həyətinə birləşdirmək istəyir. Deyir ki, "yuxarılarda" adamım var, gedin hara müraciət edirsiniz edin, heç kəs bu torpağı məndən ala bilməz!", - deyə şikayətçilər bildirib.

 

Şikayətçilər İbrahim Əliyevin qanunsuz əməlləri ilə bağlı Azərbaycan prezidentiİlham Əliyevəvə Birinici vitse-prezidentMehriban Əliyevayamüraciət etməyə hazırlaşır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300