“Moskva” univermağında etiraz aksiyası keçirilibBu gün "Moskva” univermağında satışı dayandırmaqla etiraz aksiyası keçirilib.

Hazırda univermaq rəhbərliyi ilə danışıqlar gedir. Günün sonunadək tələblərə cavab veriləcək.

 

Rəhbərliyin nümayəndələri satıcılarla söhbət aparır. Lakin satıcılar tələb yerinə yetirilməyəcəyinə qədər satışa başlamayacaqlarını bildirirlər.

Aksiya iştirakçısı Aygün Məmmədovanın sözlərinə görə, 2000 manat yer haqqı verir. Devalvasiyadan sonra satış dayandığından yer pulunu verə bilmir.

Digər satıcı Əli Babayev isə bankdan kredit götürərək zinət əşyaları aldığını deyir: "Buradakı satıcılardan əksəriyyətinin banklara borcu var. 60 metrlik sahəyə görə 1500 manat veririk. Bundan əlavə, satıcıya da maaş veririk. Vitrinin yerləşdiyi yerə görə 1300 manatdan 2000 manatadək yer haqqı ödənilir. Univermaqdakı vitrinlərin hamısı boşaldılıb”.

Satıcılar bildirirlər ki, bir neçə dəfə yer haqqının azaldılmasını tələb ediblər. Lakin tələbləri yerinə yetirilməyib. Onlara güzəşt edilməyəcəyini, razı olmayanların univermaqdan çıxmasını deyiblər. Buna görə də, satıcılar aksiyaya başlayıblar.

Virtualaz.org saytının əməkdaşlarına yaxınlaşan və özünü univermağın işçisi kimi təqdim edən şəxs isə aksiyanın olmadığını deyərək, əməkdaşlarımızı otağına dəvət edib. Onun sözləri isə aksiya iştirakçılarının qəzəbinə səbəb olub. Aksiya iştirakçıları bildiriblər ki, yer haqları azalmayanadək aksiyalar davam edəcək.

Satıcı Cavid Məmmədov da ayda 500 manatlıq alver olduğunu, amma 1500 manat yer haqqı verdiyini dedi: "Dollar bahalaşandan sonra qiymət qalxıb. Nəticədə, alıcı qıtlığı yaranıb. Paytaxtın heç bir ərazisində bu cür bahalaşma yoxdur. Amma rəhbərlik vəziyyətimizi nəzərə alıb güzəşt etmir”.

Hazırda univermaqda iş dayanıb. Satıcılar axşama qədər vaxt qoyublar. Güzəşt olmayacağı halda aksiya davam edəcək. (Virtualaz.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300