Azər Paşayev: «Tələbimiz Təhsil Nazirliyindəki özbaşınalığa son qoyulması və Elnur Əliyevin təhsil sistemindən uzaqlaşdırılması olacaq»

Xəbər verdiyimiz kimi, «Ömər Xəyyam Dərsanələri» Təhsil Mərkəzi ilə Təhsil Nazirliyi arasındakı münaqişəli vəziyyət pik həddə çatıb. JAM.AZ xəbər verir ki, mərkəzin rəhbəri Azər Paşayevlə nazirlik arasındakı danışıqlar isə baş tutmayıb. 

Qeyd edək ki, Təhsil Nazirliyi «Birgə fəaliyyət haqqında» müqaviləyə əsasən «Ömər Xəyyam Dərsanələri» birnövbəli orta məktəblərdə kurslar təşkil edib. 2014-cü ildən başlayan proses bir il sonra nazirlik tərəfindən dayandırılıb. Səbəb kimi isə heç bir tutarlı əsas göstərilməyib. Lakin sonradan məlum olub ki, Təhsil Naziliyin mərkəzə olan mənfi münasibətinin formalaşmasına səbəb MTN olub. Daha doğrusu, həmin vaxt MTN əməkdaşları «Ömər Xəyyam Dərsanələri»nin sahibi Azər Paşayevdən rüşvət istəyiblər, o da bundan imtina edib. Bu olaydan sonra Təhsil Nazirliyinə MTN tərəfindən təlimat verilir ki, tədris mərkəzinə problem yaratsın və onun fəaliyyətini dayandırmağa nail olsun. 

JAM.AZ-a açıqlama verən «Ömər Xəyyam Dərsanələri» Tədris Mərkəzinin rəhbəri Azər Paşayev bildirib ki, Təhsil Nazirliyi ilə apardığı uzunmüddətli danışıqlar nəticəsiz qalıb. Bu səbəbdən də təmsil etdiyi qurumun işini dayandırması üçün fevralın 4-ü son gün olaraq müəyyən edilib. «Təhsil Nazirliyində bu işlərin başında duranlar Elnur Əliyevlə Ceyhun Bayramovdur. Bu açıq şəkildə sahibkarlığın qarşısını almaqdır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, yeni iş yerləri yaratmaqla yanaşı, mövcud iş yerlərində də ixtisarlara yol verilməsin. Biz də dövlət başçısının bu təklifinə əsasən işçilərimizi ixtisar etməkdən imtina etmişik. Amma Təhsil Nazirliyi faktiki olaraq Prezidentin idarəsinə qarşı çıxmaqla yanaşı, ondan artıq ailənin dolanışığını da sıradan çıxarır». 

Azər Paşayev bildirir ki, məsələni bu şəkildə qoymaq fikrində deyillər. «Fevralın 4-ü saat 12:00-da Prezident Admnistrasiyasının qarşşısında etiraz aksiyası keçirmək fikrindəyik. Dinc aksiyada mənimlə bərabər, mərkəzimizin müəllimləri və narazı validyenlər də iştirak edəcəklər. Tələbimiz isə Təhsil Nazirliyində baş verən özbaşınalığa son qoyulması və Elnur Əliyev kimi bacarıqsız kadrın təhsil sistemindən uzaqlaşdırılmasından ibarət olacaq». 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300