Yanvarın 31-də Bakının Xudafərin Şadlıq Sarayında Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə eyni zamanda   Borçalı İctimai Cəmiyyəti tərəfindən növbəti Dədə Camal Məclisi keçirilib. Əlamətdar günə təsadüf edən Məclis Vətənimizin bir parçası Borçalının tanınmış siyasi xadimi Emin Ağa Hacallıya həsr edilib.

Giriş sözü ilə Dədə Camal Məclisinin sədri Elxan Məmmədli çıxış etdikdən sonra son günlər dünyasını dəyişmiş xalq şairi Zəlimxan Yaqub bir dəqiqəlik sükutla yad edilib. Sonra Qars İslam Şurasının ilk prezidenti olmuş, dönəmin görkəmli siyasi xadimi Emin Ağa Hacallı (Borçalinski) haqda tarixçi alim Kərəm Məmmədlinin geniş məruzəsi dinlənilib.

Alim Emin Ağanın Türk İslam Dünyası üçün önəmi və Borçalının siyasi tarixindəki yeri haqda ətraflı məruzə ilə çıxış etdikdən sonra Emin Ağanın nəvəsi sayılan şair Abbas Abdulla, professor Telman Əliyev, şair İmir Məmmədli, Borçalı Cəmiyyətin İH üzvləri Salman Murğuzlu, Firuddin İsmayılov və başqaları çıxış ediblər.

Daha sonra söz Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq  Azərbaycan Demokratik Cumhuriyyətinin banisi M.Ə. Rəsulzadənin doğum günündə keçirilən Dədə Camal Məclisinin Emin Ağa Hacallıya həsr edilməsinin təsadüfi olmadığını bildirərək o dönəmdə Azərbaycanın , eləcə də Qafqazın və bütünlükdə məntəqənin təhlükəsizliyinin vacibliyinə diqqət çəkib. Z.Məmmədli Borçalının az sayda siyasi xadimlərinin anılması vacibliyinə toxunaraq bu ənənəyə bu gün hər zamandan daha artıq ehtiyac duyulduğunun önəmini də vurğulayıb. O, çıxışının sonunda Cəmiyyətin Emin Ağanın xatirəsini əbədiləşdirmək haqda nəzərdə tutduğu tədbirlər planını açıqlayıb.
Borçalı Cəmiyyətinin növbəti Dədə Camal Məclisi ənəvi olaraq sənətçilərin cıxışları ilə davam edib. Aşıq Cahangir, müğənni Xəlil Qaraçöp, Aşıq Əşrəf və Aşıq Fikrətin ifaları ilə möhtəşəm keçən Məclis işini sona çatdırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300