Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya
uğrayıb
Meksikada ölkənin daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, helikopterdə olan insanlar sağ qalıb.
Lakin helikopterin yerə düşməsi nəticəsində həmin vaxt ərazidə olan insanlar ölüb.
Qeyd edək ki, helikopterdə ölkə ştatlarının birinin qubernatoru da olub.