İngiltərə Kubokunda ilk ¼ finalçılar məlum olub
İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün 2 qarşılaşma baş tutub.
"Lester" öz meydanında "Şeffild Yunayted"i Ceymi Vardinin yeganə qolu sayəsində məğlub edib. Digər görüşdə isə "Çelsi" "Hall Siti"yə çətinlik çəkmədən qalib gəlib - 4:0.
Bu qələbə sayəsində "Çelsi" və "Lester" adlarını 1/4 final mərhələsinə yazdırıblar.
İngiltərə Federasiya Kuboku
1/8 final
"Lester" - "Şeffild Yunayted" - 1:0
Qol: Vardi, 66
"Çelsi" - "Hall Siti" - 4:0
Qollar: Villian, 2, 32; Pedro, 27; Jiru, 42
Qeyd edək ki, mərhələnin digər oyunları fevralın 17-18-də keçiriləcək.