MSK sədri: "On üç nəfər Prezidentliyə namizədliyini irəli sürüb”

 

"On üç nəfər Prezidentliyə namizədliyini irəli sürüb. Onlar bununla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər”

"Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri və Prezidentliyə namizədi İlham Əliyev, Milli Məclisin deputat Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300