Alimlər: "İstanbul su altında qala bilər"

 

Elm adamları qlobal dəniz səviyyəsindəki artımın son 25 ildə daha da sürətləndiyi barədə xəbərdarlıq edib.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Kolorado Universitetinin, Cənubi Florida Universitetinin və Old Dominion Universitetinin alimləri qlobal dəniz səviyyəsinin 1990-cı illərdə ortalama 2,5 millimetr, bu gün isə 3,4 millimetr yüksəldiyini bildiriblər.

Qlobal istiləşmənin dəniz səviyyəsinin artım sürətinə iki fərqli yöndə təsir etdiyi vurğulanıb. Atmosfer və dəniz suyundakı istiləşmə bir yandan su səviyyələrini nisbi olaraq yüksəldərkən digər yandan da Antarktika və Qrenlandiya kimi iri buz kütlələrinin əriməsini sürətləndirərək su miqdarını artırır.

Alimlərin fikrincə, 2100-cü ildə İstanbul da daxil olmaqla, dünyadakı bir çox məşhur şəhəri ya tamamilə, ya da qismən sular altında qalma təhlükəsi gözləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300