BAŞ HƏKİMİN BAŞÇI ÜÇÜN TİKDİRDİYİ VİLLADIRMI, YOXSA DƏRDƏ DƏRMAN?
Əgər bu tibbdə yeni kəşfdirsə Baş həkim nədən bu yeniliyi məhz rayon icra hakimiyyəti başçısının üzərində sınaqdan keçirir?

Son bir neçə ayda mətbuatın gündəm mövzularını əsasən rayon icra hakimiyyəti başçıları ilə bağlı şok hesab olunacaq hadisələr zəbt edir. Dərc olunan informasiyalara nəzər salanda insanda həmən təəssürat yaranır: nə vaxtsa ölkə başçısının müvafiq sərəncamı ilə yerlərə təyin olunan rayon icra hakimiyyəti başçılarının sanki bu millətlə uzaqdan yaxından hər hansı əlaqələri yoxdur. Və ya bu insanlar hələ də bir neçə əsr geridə, yəni bəylik, xanlıq zamanının ötəsində qalıblar. Bahalı avtomobil, villa, müxtəlif təyinatlı obyektlərin hədiyyə verilməsi, ictirahətlərinin sadə Azərbaycan vətəndaşı üçün yalnız xəyal olacaq məkanlarda gerçəkləşdirilməsi və s. Qəribədir necə ola bilib ki, bu şəxslər illərdir ki, etdikləri kiçik və ya böyük miqyaslı qanundan kənar əməllərini pərdələyə biliblər? Necə olub ki, haqqına girilən şəxslərin səsini mətbuat eşitməyib? Bu gün olduqca aktiv və operativ mətbuat bir neçə ay öncə nədən bu mövzulu məsələlərə sadəcə seyriçi qalırdı? Son olaylardan sonra bir çox məmurların iç üzü açıldığı kimi, bəzi media quruluşlarının da uzun illik "fəaliyyətlərinin” forması bəlli oldu. Sən demə hər məmurun öz media seti var imiş. Sözsüz ki, bu setin saxlanılmasına aylıq böyük məbləğli paralar da xərclənirmiş. Məhz bu səbəbdən regionlarda illərdir ki, bəylik, xanlıq zamanıdır. 
Xocavənd rayonu nə qədər qəribə də olsa, uzun müddət medianın diqqətini səs-küylü olayları ilə bir o qədər də cəlb etməyən rayonlar sırasında olub. Lakin Yeniaxtarış.az-ın yaydığı məlumat bu rayonu da medianın gündəminə gətirdi. Sayt iddia edir ki, rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Nurəngiz Bəşirova icra hakimiyyətinin başçısı Eyvaz Hüseynova turizm üçün ölkənin ən əlverişli məkanlarından biri olan Şamaxı rayonunun Pirqulu kəndi yaxınlığında villa inşa etdirir. Məlumatı oxuyarkən insanda həmən fikir yaranır: əcabə inşaat sahələri tibbin insan sağlamlığı üçün yeni kəşf edilimiş metodlarındandırmı? Əgər belədirsə, ölkədə on minlərlə ailə villasızlığdan deyil, məhz mənzilsizlikdən əziyyət çəkir. Ailə problemlərinin səbəblərindən biri, bəlkə də birincisi mənzilsizlikdir. Belə olduğu təqdirdə görəsən hörmətli Baş həkim yeni metodunu nədən ən azından ölkə miqyasında tətbiq etmək üçün müvafiq qurumlardan müəllif sertifikatı almır? Hesab edirik ki, patentləşdirilmədən sonra əldə edilən vəsait Baş həkimlikdən əldə olunan vəsaitdən daha çox olardı. Əgər bu tibbdə yeni kəşfdirsə Baş həkim nədən bu yeniliyi məhz rayon icra hakimiyyəti başçısının üzərində sınaqdan keçirir? Göründüyü kimi çoxlu suallar yaranır. Saytın məlumatında o da qeyd edilir ki, son iki ildə rayonun səhiyyə sisteminə 480 min manat vəsait ayrılıb. Əslində ayrılan vəsaitin xərclənmə forması da məhz müvafiq orqan tərəfindən göstərilib də. Bizim bununla bağlı hər hansı iddiamız yoxdur. Əsas maraq doğuran məsələ Baş həkimin tətbiq etdiyi icra başçısı ilə bağlı "müalicə metodudur”. Görəsən Xocavənd rayon icra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov nədən və nə vaxtdan əziyyət çəkir? Hansı analizlərin nəticəsi olaraq Baş həkim başçıya müvafiq "mualicə metodu tətbiq edib”? Hesab edirik ki, Xocavənd rayon Mərkəzi Xəstəxanasının Baş həkimi hörmətli Nurəngiz Bəşirovanın dünyada bir ilk olan müalicə metodunu təqdir də etmək lazımdır. Özünə və müalicə metoduna qətiyyətlə əmin olan Baş həkim elmin qurban tələb etdiyini əla bilir. Elə ona görə də məhz həmin ərazidə, fərqli ölçüdə olsa belə, bir villa da özünə inşa etdirir.
 
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300