00bakcell

İnternet paket həddindən artıq zəifdir

 Mobil operatorunun fəaliyyətindən narazı olanların sayı durmadan artır. "Bakcell” ilk yaranan mobil operator olsa da, keyfiyyətli xidmətinə görə heç də birinci deyil. İstifadəçilərin əksəriyyəti "Bakcell”in fəaliyyətindən şikayət edir. Belə ki, son zamanlar sözügedən mobil operatordan istifadəçilərə lazımsız sms-lər gəlir.

Özü də sms-lər çox vaxt gecə saatlarında gəlir. İstifadəçilərin çoxu iş adamları olduqlarına görə axşam gec olmadan yatırlar. Lakin "Bakcell”in lazımsız sms-ləri vətəndaşlara problemlər yaradır. Bir də görürsən ki, avtomobil idarə edirsən və sms gəlir. Düşünürsən ki, bəlkə vacibdir. Açıb görürsən ki, "Bakcell”in heç nəyə yaramayan sms-ləri. Və yaxud ana körpəsini yatırdır və bu ana sms gəlir və körpəni yuxudan oyadır. Birincisi, "Bakcell” mobil operatoru bu cür sms-lər vasitəsilə yalnız öz maraqlarına xidmət edir. Düşünmürlər ki, bezdirici sms-lərlə istifadəçilərə probemlər yaradırlar. Bundan başqa sözügedən mobil operatorun verdiyi internet paket həddindən artıq zəifdir. Meqabayt istifadə olunur, lakin istənilən sayt açmır. İnternetin keyfiyyəti, sürəti zəifdir, internetlə davamlı işləmək faktiki mümkün deyil. Bu vasitə ilə müştərilərin cibinə girirlər. Gələn sms-lərdə müxtəlif kampaniyalara qoşulmaq təklif olunur. Filan kampaniyaya qoşulun, avtomobil udun, filan nömrəyə boş sms göndərin, hər gün ulduz falınız telefonunuza gəlsin kimi sms-lərlə insanların zəhləsini tökürlər. Əslində, bu kimi hallarla müştəriləri bezdirmək düzgün deyil. Bunun qarşısının alınması üçün müvafiq qurumlar tədbir görməlidir. Bundan başqa redaksiyamıza daxil olan məlumatda bildirilir ki, istifadəçinin nömrəsindən hər gün 59 qəpik çıxılırmış. Sonda istifadəçi Bakcell-in müştəri xidmətlərinə müraciət edərək nömrəsindən hər gün 59 qəpiyin çıxıldığını bildirib. Bakcellin müştəri xidmətindən isə bildirilib ki, siz hansısa sayta abunə olmusunuz ona görə çıxılır. STOP yazaraq filan nömrəyə göndərin.

Beləliklə də sözügedən operator hər yoldan istifadə edərək müştəriləri aldatmaqla məşğuldurlar. Bundan başqa bir saatı 7 qəpik kampaniyasına qoşulanların yarıdan çoxu bu kampaniyadan şikayətçidir. Belə ki, bir saat tamam olmamış istifadəçinin telefonunda əlaqə kəsilir.

Bundan başqa heç mobil operator konturların satılmasına nəzarət etmir. Bu işi başlı-başına buraxıblar. Belə ki, 1 manatlıq konturu 1 manat 10 qəpiyə satırlar, 2 manatlıq konturu 2 manat 20 qəpiyə satırlar. Demək olar ki, satıcılar üzərinə yazılan qiymətdən artıq qiymətə vətəndaşlara satırlar. Bundan başqa Bakcell sözün əsl mənasında fırıldaqçı şirkətdir. Belə ki, hər ay istifadəçilərinı şəbəkədaxili 25 dəqiqə bonus verir. Lakin bu bonuslar heç 5 dəqiqə də etmir.

Digər xidmətlər isə qalsın bir tərəfə. Əslində, dərindən fikirləşsək, bu xidmətlərin hamısının özlərinə daha çox sərf etdiyini görə bilərik. Bu da onu göstərir ki, şirkətlər yalnız öz maddi maraqları çərçivəsində fəaliyyət göstərir. Ona görə də mobil telefon istifadəçiləri tez-tez mobil şirkətlərin xidmətlərindən imtina etmək məcburiyyətində qalırlar.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru – "Bakcell” 1994-cü ildə təsis olunub və 2004-cü ilin yanvar ayından başlayaraq, 100% şəxsi kapitala malik bir şirkət kimi fəaliyyət göstərməkdədir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300