ABŞ-dan Ərdoğanın "Osmanlı silləsi”nə cavab

 

NATO-dan müttəfiqimiz olan Türkiyənin təhlükəsizlik məsələsində narahatlığını başa düşürük. Ancaq təkcə onlar üçün deyil, həm də ABŞ və Suriya üçün uyğun bir çıxış yolu tapmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın "Görünür, ABŞ generalı Osmanlı silləsi yeməyib” sözləri haqda da danışan Noyert bunları deyib:

"Biz bu cür sözləri çox eşitmişik. Başqa hökumətlər də tez-tez belə fikirlər səsləndirirlər. Ancaq xarici siyasətimizi bu sözlərə görə müəyyən etmirik”.

Qeyd edək ki, ABŞ ordusunun generalı Paul Funk Menbiçə səfəri zamanı türk ordusunun bölgəyə hər hansı hücumu zamanı aqressiv şəkildə cavab veriləcəyini bildirmişdi. Ərdoğan isə onun Osmanlı silləsi yemədiyi üçün belə rahat danışdığını demişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300