Tillerson: "İŞİD-ın tamamilə məğlub edilməsi prioritet olaraq qalmalıdır"

 

ABŞ dövlət katibi Reks Tillerson çərşənbə axşamı günü bildirib ki, İŞİD-in İraq və Suriyada bir zamanlar nəzarət etdiyi ərazilərdən sıxışdırılıb çıxarılmasına baxmayaraq, militant qrupun məğlib edilməsi məsələsi bundan sonra da diqqət mərkəzində qalmaqda davam etməlidir.

Tillerson Küveytdə ABŞ-ın 2014-cü ildə İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə yaratdığı koalisiyanın üzvlərinin iştirakı ilə keçirilən konfransda danışıb.

"İŞİD regionda, bizim ölkələrimizdə və dünyanın başqa regionlarında sabitliyə ciddi təhlükə olaraq qalır”, o bildirib.


Tillerson deyib ki, militantlar 2014-cü ildə İraq və Suriyada xilafətin yaradıldığını elan edərkən ələ keçirdikləri ərazilərin 98 faizinə artıq nəzarət etməsə də, hazırda fərqli təhlükələr yaradır.

"İŞİD İraq və Suriyada üsyançı hərəkatına çevrilməyə cəhd edir. Əfqanıstan, Filippin, Liviya, Qərbi Afrika və başqa yerlərdə isə onlar özlərinə sığınacaq yaratmaq istəyir”, o bildirib.

Tillerson Birləşmiş Ştatların Suriyanın azad olunmuş ərazilərində yardım göstərilməsi məqsədilə 200 milyon dollarlıq yeni maliyyə vəsaiti ayırdığını elan edib. ABŞ dövlət katibi bu gün İraqın bərpasına dair donorların konfrasında iştirak edib.

Tillerson bu konfranslarda beş ölkəyə səfəri çərçivəsində qatılır. Onun səfərinin ilk dayanacağı Misir olub. ABŞ dövlət katibi səfəri zamanı Türkiyə, İordaniya və Livanda da olacaq ("Amerikanın səsi").

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300