"WhatsApp”
dan daha bir unikal yenilik
"WhatsApp” messencerində pulköçürmə sisteminin tətbiqinə başlanılır.
Şirkət artıq Hindistanda ödəniş sistemini sınaqdan
keçirir. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək
və hesab açılmış bankı seçmək lazımdır.
Pulköçürmə sistemi "Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır.
İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər.
İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək.
Gələcəkdə şirkət messencerə Çinin "WeChat” messencerində olduğu kimi müxtəlif
xidmətlərin ödənişini əlavə edə bilər.