Suriya ABŞ-ı BMT-yə şikayət etdi
ABŞ koalisiyasının Suriya ərazisinə endirdiyi hava zərbəsi hərbi cinayətdir.
Axar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
"ABŞ koalisiyasının Suriya ərazisindəki qanunsuz hərəkətlərini qınayırıq”, - açıqlamada bildirilib.
XİN həmçinin bununla bağlı BMT Təhlükəsizlik Şurasına və baş katibinə məktub ünvanlayıb.
Qeyd edək ki, ötən gün gecə saatlarında ABŞ-a məxsus qırıcıların Suriya hökumət qüvvələrini bombardman etməsi nəticədə 100-dən çox hərbçinin həlak olması barədə məlumat yayılmışdı.