Rəsulzadə Ankarada anıldı (FOTOLAR)
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü Ankarada məzarı başında anılıb. Mərasimdə Azərbaycan Kültür Dərnəyinin üzvləri, Quzey və Guney Azərbaycandan olan tələbələr iştirak ediblər.

Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal bildirib ki, Məhəmməd Əmin Rəsulzadə 71 illik ömrünü Azərbaycanda və mühacirətdə Azərbaycanın gələcəyi və istiqlalı üçüm fəda edib: "Vətəni və Milləti üçün ailəsini, ən müqəddəs varlığını belə qurban verərək vətənsevərlik nümunəsi olan Məhəmməd Əmin Rəsulzadə 61 il əvvəl aramızadan ayrılsa da, qurduğu Ocaq və Müsavat Partiyası eyni rolda eyni əzmlə mübarizəsini davam etdirir”.

Cəmil Ünal deyib ki, 67 illik keçmişi olan Azərbaycan Kültür Dərnəyi müqəddəs ocaq olaraq müsavatçılıq yolunda xidmətini davam etdirir: "Tək arzumuz Azərbaycanın və ölkə vətəndaşlarının gələcəyinin içıqlı olmasıdır”. 

Musavat.com


 












Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300