Üç ömürlük OMON-çu məhbus azadlığa çıxa bilərmi...

 

Elçin Sadıqov: "Problemin həlli ilə bağlı irəliləyiş yoxdur”; Mirvari Qəhrəmanlı: "Biz hüquq müdafiəçiləri olaraq çalışırıq ki, onlar azadlığa buraxılsınlar”

Qobustan həbsxanasında saxlanılan üç OMON-çu məhbusdan ikisinin-Səfa Poladov və Arif Kazımovun saxlanma şəraitində ciddi problemlər yaranıb. Hər iki məhbus bir aya yaxındır dəmirin üstündə yatır. Hətta iş o yerə çatıb ki, A.Kazımov intihar etməyə cəhd edib, lakin bunun qarşısı həbsxana əməkdaşları tərəfindən alınıb.

OMON-çu məhbusların vəkili Elçin Sadıqov "Yeni Müsavat”a açıqlamasında dedi ki, aidiyyəti qurumlara bununla bağlı müraciət ünvanlasa da, nəticəsi olmayıb: "Etdiyimiz müraciətlər hələ də bir nəticə verməyib. Yaxınları həbsxana rəisinin qəbuluna girməyə çalışsalar da, buna nail ola bilmirlər. Hələ ki problemin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur. Bu sərt rəftarla bağlı heç bir hüquqi əsas gətirilmir. Bununla bağlı açıq müraciətlər etsək də, heç bir araşdırma hələ ki aparılmır. Heç ombudsman da gedib onlarla görüşməyib. Kameralarını dəyişib şimal tərəfə köçürüblər. Soyuq hava şəraitində orada yaşamaq mümkün deyil. Yataqları da, yer də dəmirdəndir. Həbsxanada axtarış aparılıb və bu zaman Arif Kazımovda telefon aşkarlanıb, hansı ki köhnə bir telefondur, istifadəyə yararsızdır. Buna görə cinayət işi başlanılıb. Bunun təsiri ilə onların kameraları şimal tərəfə dəyişdirilib. Müraciətlərimizi davam etdiririk. Bunlar nəticə verməsə, məhkəməyə də müraciət edəcəyik”.

Elçin Sadıqov ile ilgili görsel sonucu

 

Qeyd edək ki, gələn ay veriləcək əfv sərəncamı və mayda qəbul olunacağı gözlənilən amnistiya aktı ilə bağlı ömürlük məhbusların da məsələsi gündəmə gəlib. Onların bəzilərinin qarşıdakı aylarda azadlığa buraxıla biləcəyi bildirilir. Heç şübhəsiz ki, bunların içərisində öndə gələn Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov kimi OMON-çulardır. Azadlığa buraxılmasalar belə, bəzi ömürlük məhbusların cəzalarının illə əvəzlənəcəyi barədə də söz-söhbətlər gəzir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

 

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ölkəmizdə böyük əfv və amnistiya aktının gözlənildiyini söylədi: "Azərbaycan praktikasında belə bir təcrübə var ki, ömürlük cəza alanlar müəyyən zamandan sonra azad olunublar. Onların ictimaiyyət üçün təhlükəli olmadıqlarını da görmüşük. Biz hüquq müdafiəçiləri olaraq, daim onların adlarını veririk və çalışırıq ki, azadlığa buraxılsınlar. Məhbuslarla bağlı müxtəlif siyahılar var və hər tərəfin də öz yanaşması mövcuddur. Azərbaycanda qarşıdakı aylarda çox mühüm hadisələr olacaq, önəmli yubileylər var. Bütün bunlarla bağlı məhbuslarla əlaqədar da ciddi qərarların veriləcəyinə ümidlər böyükdür. Qarşıdan eyni zamanda prezident seçkisi də gəlir. Bütün bunlardan istifadə edərək, məhbus ailələri dayanmadan məktublarını yazmalıdırlar. Onların məsələlərini işıqlandırmaqda ciddi problemlər var.

Məsələn, OMON-çu məhbusların məsələsini sizin qəzetdən başqa heç bir mətbuat orqanı qaldırmır. Nə olardı ki, digər mətbu orqanlar da onların məsələsini diqqətdə saxlayardılar. Unutmaq olmaz ki, belə məsələləri ən çox ictimailəşdirən, diqqətdə saxlayan mətbuat olur. Çalışmaq lazımdır ki, bu ərəfədə bu məsələ gündəmdən düşməsin. İctimai təzyiqləri artırmaq prosesləri sürətləndirə bilər”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300