Jurnalist daxili işlər nazirinə online müraciət etdi

 

Salam, hörmətli cənab nazir!

Məlumat üçün bildirim ki, mən - Aydın Məmməd oğlu Caniyev 30 ildən çoxdur ki, jurnalist kimi fəaliyyət göstərirəm. Bakıda, Moskvada Azərbaycandilli qəzetlərdə baş redaktor olmuşam, Azərbaycanı və onun vətənpərvər insanlarını, Azərbaycançılıq ideyalarını təbliğ etmişəm. Ölkədə ən müxtəlif nəşrlərdə - "Xalq qəzeti", "Azərbaycan", "Azadlıq", "Xural" və digər qəzetlərdə çalışmışam. Milli Məclisin sosial siyasət komissiyasının eksperti olmuşam.

Xahiş edirəm, məni qəbul edin!Həyatım təhlükədədir!Ağdaş rayon polis şöbəsinin sahə müvəkkili polis leytenantı Rahib Abdullayev sosial şəbəkədə saxta "Rahib Abdull" nikiylə - özünü "ağdaşlı polis Ramin" kimi təqdim edərək və (+994) 55 247 80 16 saylı mobil telefonla məni və ailə üzvümü seksual təcavüzə məruz qoyacağı ilə hədələmişdir. 35 (otuz beş!) dəfə onu yığsam da anlaşmaq, aydınlaşdırmaq üçün, nömrəmi bloklamış, son olaraq bildirmişdir ki, dalını dağıdaram!

102 xidmətinə, oradan yönləndirildiyim Yasamal RPİ 28-ci PB-yə, şəxsi təşəbbüsümlə DİN Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasova etdiyim müraciətlər nəticəsiz qalmışdır! Heç bir nəticə alınmadığını bildirən cavab məktubundan sonra daha da çıxılmaz vəziyyətə düşmüşəm.

Cənab nazir, lütfən məni qəbul edin, Rahib Abdullayevin mənə yazdıqlarını oxuyun.Vicdanınız Sizi yatmağa qoymayacaq, ta ki, ədalətli qərar qəbul etməsəniz!

Sizə dərin hörmətlə, Aydın Canıyev, müstəqil jurnalist

 

Картинки по запросу aydın canıyev

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300