NZS-də gizlənmiş "Ovçular” xalqa nə yedirir?-FAKTLAR+VİDEO

 

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı araşdırmalarımız davam edir. Növbəti ünvan "Ovçular ət və ət məhsulları” MMC-dir.

Kiflənən, donuz piyli, "Sorbat R” müəmması və cərimə

2015-ci il."halal” sözü yazılmış "Ovçular” kolbasasından donuz piyi çıxır.

2016-cı il.Bakıdakı mağazaların birində "Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.

2016-cı il.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan "Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir.

Belə ki, məhsula dair müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturada donuz əti və piyindən istifadə olunması nəzərdə tutulduğu halda, faktiki olaraq məhsulun etiketinin üzərində bu barədə məlumat göstərilməyib.

Yoxlama zamanı komitəyə təqdim edilən məhsulun "Ovçular ət və ət məhsulları” MMC-nin "Halal” məhsulların istehsalı sexində istehsal olunmadığı müəyyən edilir.

Aşkar olunmuş nöqsanlarla bağlı "Ovçular ət və ət məhsulları” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında cərimə qərarı qəbul edilir.

2017-ci il. "Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur.

2017-ci il. Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarında yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan "Doktorskaya”, bişmiş, yarım hisə verilmiş "Krakovskaya” və ”Xlbmaya” kolbasaları, eləcə də "Ovcu” sosiska nümunələrinin olması müəyyən edilir.

Braziliya və Hindistandan NZS-ə

Hazırda firmanın "Pəhriz”, "Həvəskar”, "Qovyajya” markalı kolbasaları satışda var. Ancaq keyfiyyətinin yaxşılaşmasından söhbət gedə bilməz.

Şirkətin harda yerləşməsi haqda video görüntülər də müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə şübhələr yaradır.

Youtube-da yerləşdirilən görüntülərdən aydın olur ki, "NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan "Ovçular” göz önündən gizlənməyə çalışıb.

Ən nəhayət, bir müddət əvvəl şirkətin icraçı direktoru Nazim Kazımovun virtualaz.org-a bildirdiyinə görə, yerli mal-qara ətindən çox az istifadə edirlər. Onun sözlərinə görə, aldıqları ətin keyfiyyətindən əmindirlər:

"Biz xammalı daha çox Moldova, Ukrayna, Hindistan və Braziliyadan alırıq. Yerli ət istehsalından da istifadə edirik, amma bu çox nadir hallarda olur”.

Şirkətin mövqeyini almaq mümkün olmadı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300