ABŞ-ın gizli HƏDƏFİ: Türkiyənin "dərin dövləti” Ağ Evi ifşa etdi

 

"Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”.

Publika.az xəbər verir ki, bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek ("Dərin dövlət”in adamı olaraq tanınır – red.) "Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib.

Partiya sədri bununla da Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmaza cavab verib. Suriyanın şimalındakı döyüşü ABŞ-Rusiya döyüşü kimi xarakterizə edən Ö. Yılmazın sözlərinə görə, onlar Türkiyə üzərində qarşı-qarşıya gəliblər.

"Türkiyənin Vətən Savaşının qarşısındakı güc Amerika imperializmidir. Silahlandırdığı və hər sahədə dəstəklədiyi əlaltılarını Türkiyənin üzərinə göndərib. Gəldiyimiz nöqtədə ABŞ-ın əsas düşməni nə Rusiya, nə İran, nə də Suriyadır, ABŞ-ın əsas hədəfi Türkiyədir. ABŞ Türkiyənin müttəfiqləri olan ölkələri belə Türkiyəyə qarşı istifadə etməyə çalışır”, - D. Perincek bildirib.

Onun sözlərinə görə, "Bu döyüş ABŞ-Rusiya döyüşüdür” təbliğatı aparanlar türk millətini Vətən Savaşından uzaqlaşdırmaq istəyirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300