Şəhid anası dəfn edildi -FOTOLAR

 

Xəbər verdiyimiz kimi "20 yanvar" hadisəsinin simvollarından biri, İlham-Fərizə ailəsinə ağır itki üz vermiş, İlham Allahverdiyevin anası Ofeliya xanım vəfat edib.

 

Şəhid anası bu gün dəfn olunub.

Qaziler.az bildirir ki, dəfndə millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin mərkəzi aparatının nümayəndələri, Qarabağ Qazilər İctimai Birliyinin, 20 Yanvar Cəmiyyətinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Fred Asif adına Milli Qəhrəmanları İnkişaf Fondunun nümayəndələri, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, mərhumun üç, yeddi mərasimi cümə günü, fevral ayının 9-da Yeni Yasamalda keçiriləcək.

Dəfndən hazırlanmış fotoları təqdim edir:

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300