İsa Qəmbər ABŞ Dövlət katibi müavininin köməkçisi ilə görüşdü

 

Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının prezidentliyə namizədi İsa Qəmbər ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brinklə görüşüb. Bu haqda "Basta”ya Müsavat Partiyası mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələri, bir sıra regional proseslər müzakirə edilib.

İsa Qəmbər Azərbaycanın qarşılaşdığı daxili və xarici problemlər haqda danışıb, Qarabağın işğalı, demokratiya, siyasi və iqtisadi azadlıqların boğulması, siyasi məhbus məsələsi və digər problemlərin səbəbləri və həlli yolları barədə fikirlərini bildirib.

Xanım Brink öz növbəsində ABŞ-n Azərbaycanla münasibətlərə hərtərəfli yanaşdığını, o cümlədən demokratiya və insan haqları məsələsinə ciddi önəm verdiyini söyləyib.

Görüş zamanı əsas müzakirə edilən mövzulardan biri də Azərbaycanda 2018-ci il oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin 6 ay irəli çəkilməsinin və 11 aprelə təyin edilməsinin səbəbləri və mümkün nəticələri olub.

ABŞ səfirliyində keçirilən görüşdə səfir Robert Sekuta da iştirak edib.


 

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300