Ərdoğan: "ABŞ-ın Suriyaya yığdığı silahlardan Rusiya və İrana qarşı istifadə ediləcək”

 

"Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplnatısında bildirib.

O deyib ki, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırdılar: "Ancaq hazır məhsul almaq sahəsində əsla əməkdaşlıq etməyəcəyik”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: "Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələy bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir millətiyik. İndi kimin tayfa, kimin millət olduğunu hamı görür. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. 5 milyon kvadrt km. sahəlik vətənimizdən diplomatik danışıqlarla cəmi 780 min kvadrt km. qalıb. İndi bəziləri onu da bizə çox görürlər. Türk milləti ruhunu yeniləyir. Bizə o qədər çox təzyiq göstərdilər ki, sonunda yatan divi oyatdılar. Hər kəs bilsin ki, yatmış div oyaqdır".

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatına toxunun dövlət başçısı bildirib ki, əməliyyatlar Afrin, İdlib, Minbicdə davam edəcək: "Bizdən soruşurlar ki, əməliyyatları nə zaman başa çatdıracaqsınız? Onlara cavabımız belədir: Siz İraqda, Əfqanıstanda əməliiyatları nə vaxt bitirəcəksiniz? Siz həmin ölkələrin heç biri ilə qonşu deyilsiniz. Belə olan halda oralarda nə işiniz var? Bizim yüzə yaxın şəhidimiz var. Hörmətli Barak Obama bizimlə doğru danışmadı, hörmətli Donald Tramp da onun yolu ilə gedir. Siz ora terrorçu PKK-nı gətirdiniz. Biz isə oralara həmin torpaqların əsl sahiblərini gətirəcəyik. Ora 5 min TIR-la dolu silah-sursat göndərmisiniz. Axı, İŞİD-ə qarşı mübarizə bitdi deyirsiniz. O zaman bölgədə nə işiniz var? Deməli, siz Türkiyə, İran və Rusiya ilə haqq-hesab çəkmək istəyirsiniz. Biz öz yerimizdə dimdik durmuşuq. Bu silahlardan İran və Rusiyaya qarşı istifadə ediləcək".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300