Milli Şura seçkini boykot etməyə qərar verib

 

Cəmil Həsənli: ''5 fevral sərəncamı 11 aprel seçki oyunbazlığının qeyri-legitimlik sənədidir''

 

Milli Şura aprelin 11-nә tәyin edilәn növbədənkənar prezident seçkisini boykot etmәk vә etiraz mitinqlәrinә başlamaq barәdә qәrar verib.

 

Bu barədə Milli Şura sәdri Cəmil Həsənli "Facebook” sәhifәsindә yazıb.

 

Cəmil Həsənli bildirib ki, dövlət başçısı İlham Əliyevin 5 fevral sərəncamı əsasında seçki kampaniyasının başlanmasına cəmisi 5 gün qalıb:

 

"Ölkədə prezident seçkiləri oktyabrın 17-nə təyin olunmuşdu və həmin gün hökumət tərəfindən artıq qeyri-iş günü elan edilmişdi. Lakin bu müddət ərzində ciddi bir dəyişiklik baş verməmiş, seçkilərin vaxtını dəyişməyə hər hansı zərurət yaranmamışdı. Milli Şuranın Koordinasiya Mərkəzi bu ğun növbədənkənar toplantı keçirib bu sərəncamın doğurduğu siyasi, hüquqi, sosial, milli və mənəvi nəticələri geniş müzakirə edib, 5 fevral sərəncamını seçki institutunun ələ salınması, onun qalıqlarının məhvi kimi qiymətləndirib. Biz 2013-cü ilin prezident seçkilərini də müzakirə etdik və seçkinin nəticələrinin bir gün əvvəl elan olunması, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 58 faiz saxtakarlıq törədilməsi barədə rəyi xatırladıq. Azərbaycan hakimiyyətinin iki ay sonra – aprel ayının 11-də növbədənkənar seçki keçirmək qərarı növbədənkənar məzhəkə kimi qiymətləndirildi”.

 

Cəmil Həsənli deyir ki, bu sərəncam beynəlxalq rəylərdə və hesabatlarda öz əksini tapmış – Azərbaycan xalqının seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq imkanından məhrum edilməsi istiqamətində sonuncu addımlardan biridir:

 

"5 fevral sərəncamı 11 aprel seçki oyunbazlığının qeyri-legitimlik sənədidir. Bütün bunları nəzərə alaraq bu gün keçirilən toplantısında Milli Şura 11 apreldə prezident seçkiləri adı ilə planlaşdırılan hoqqabazlığın boykot edilməsinə qərar verdi. Hakimiyyətinin bu seçki oyununa müqavimət göstərməsi üçün xalqa çağırış edilməsi, bu istiqamətdə bütün mümkün hüquqi və siyasi vasitələrdən istifadə edilməsi nəzərdə tutulub. Yaxın vaxtda bununla bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin geniş bəyanatı elan ediləcəkdir”.

 

Ölkə başçısı İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb. Seçkilər aprelin 11-nə təyin edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300